İtaliya Kuboku: "Roma" öz evində qonağına dərs keçdi

Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutub."Roma" evdə "Atalanta"nı qəbul edib. Görüş meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. Nəticədə paytaxt təmsilçisi inamlı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.
İkinci oyun günündə "Parma" "Catania"nı, "Juventus" isə "Cagliari"ni qəbul edəcək.

"Milan" da "Reggina" ilə qarşılaşacaq.

İtaliya Kuboku
1/8 final

11 dekabr

Roma - Atalanta - 3:0

12 dekabr

20:30. Parma - Catania
00:00. Juventus - Cagliari

13 dekabr

00:00. Milan - Reggina

Qalan görüşlər (Inter - Verona, Napoli - Bologna, Udinese - Fiorentina, Lazio - Siena) dekabrın 18-19-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31