"Neftçi"nin Avroliqadakı rəqibini kim çalışdıracaq?
12 Dekabr 2012 13:09 İdman"Neftçi"nin Avroliqadakı rəqibi "Rubin"in baş məşqçisi Qurban Berdıyev deyib ki, Qazaxıstanın Futbol Federasiyası (QFF) ilə danışıqlar aparmır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qurban Berdıyev QFF-in bütün layihələrinin kuratoru olmaq təklifi alıb. Onun danışıqlar üçün Astanaya getdiyi deyilirdi. Berdiyev isə açıqlamasında belə bir danışığın olmadığını deyib."Rubin"in baş məşqçisi onu da deyib ki, komandadan ayrıldıqdan sonra başqa hansısa komandanı çalışdırmaq niyyətində deyil."Komandada qalmaq istərdim, lakin rəhbərliyin qəbul edəcəyi hər hansı qərarı qəbul edəcəyəm", - o əlavə edib.
Qeyd edək ki, dekabrın 31-də Q.Berdıyevin "Rubin" komandası ilə müqaviləsi bitir. KİV-in məlumatına görə, onun müqaviləsi uzadılmayacaq.