Zlatan İbrahimoviç Fransada ilk dəfə het-trik etdi VIDEO

Milli.Az Sports-a istinadən xəbər verir ki, PSJ klubunun forvardı Zlatan İbrahimoviç Fransa çempionatının 17-ci turunda "Valensyen"ə (4:0) qarşı oyunda bu mövsüm ilk dəfə het-trik edib. İsveç yığmasının forvardı oyunun 28, 49, və 53-cü dəqiqələrində fərqlənib. İbrahimoviçin Liqa 1-də hesabında 17 qolu var.
Qeyd edək ki, İbrahimoviç bütün mövsüm boyu 25 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31