Oleq Salenko: "Messi mənim rekordumu yeniləyə bilməz"
Rusiya yığmasının sabiq üzvü argentinalı futbolçunun rekordundan danışıb
11 Dekabr 2012 19:41 İdman"Messi mənim rekordumu təkrarlaya bilməz". Bunu Kiyev "Dinamo"su və Rusiya yığmasının keçmiş üzvü Oleq Salenko bildirib. Futbolçu 1994-cü il dünya çempionatında Rusiya yığma komandasının heyətində Kamerun millisinin qapısına vurduğu beş qolu nəzərdə tutub.
ANS PRESS-in məlumatına görə, O. Salenko Messinin bu il rəqib qapılarına 86 qol vurmasına da münasibət bildirib: "Bu göstərici Lİonel Messinin göstərdiyi futbol qarşılığında normaldır. Lionel Müller kimi sadə şəkildə qol vurmur. O, rəqib komanda futbolçularının yarısını aldadaraq topu tora qovuşdurur. Düşünürəm L. Messi hələ çox rekordlar vuracaq". Oleq Salenko bununla belə Lionel Messinin onun rekordunu təzələyəcəyini güman etmir.
"Dünya çempionatında beş qol vurmaq çətin işdir. Düşünürəm ki, yığma ilə klub futbolu bir-birindən fərqlənir", - deyə Salenko bildirib.