22 mart 2013-cü il, saat 23:15-də...

Azərbaycan yığmasının növbəti oyununun başlanma saatı məlum oldu

Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi daha bir matçın başlanma saatı müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin Lüksemburq yığmasına qarşı 2013-cü il martın 22-də oynayacağı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:15-də çalınacaq.
Görüş eyniadlı şəhərdəki "Josy Barthel" stadionunda baş tutacaq.  Qeyd edək ki, bu, millimizin F qrupunda keçirəcəyi növbəti seçmə matç olacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31