Serxio Ramos "Real"ın əfsanəsinə çevrildi -
11 Dekabr 2012 13:11 İdmanMilli.Az "Real" Madridin rəsmi saytına istinadən xəbər verir ki, "Real" Madridin müdafiəçisi Serxio Ramos barədə kitab yazılıb. Onun çap olunması münasibətlə dünən rəsmi mərasim keçirilib və kitab təqdim olunub.
Kitabın müəllifi müxbir Enrike Orteqodur. O bildirib ki, "Kral" klubunun müdafiəçisinin bu kitabın yaradılması və olayların dolğun əks etdirilməsində böyük əməyi olub. Üslubuna görə kitab ədəbi bioqrafiyaya daha yaxındır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31