La Liqa: 15-ci tur qonaqların qalibiyyəti ilə bitdi

Futbol üzrə İspaniya çempionatında 15-ci turun oyunları keçirilib

Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Espanyol" doğma divarlar arasında "Sevilla" ilə qarşılaşıb. 10 sarı, 1 qırmızı vərəqənin göstərildiyi, 2 penalti təyin olunan görüşdə qalib müəyyənləşməyib.
İkinci oyun günündə "Real Sociedad" evdə "Getafe" ilə sülh bağlayıb. "Malaga" "Granada"nı 4 cavabsız qolla yenib. "Valladolid"in qonağı olan "Real" isə çətin qələbəyə sevinib. "Osasuna" "Valencia"nı qəbul edib və minimal hesabla məğlub olub.
Bazar günü "Levante" "Mallorca"nı dörd cavabsız qolla yenib. "Athletic" "Celta"nı məğlub yola salıb. "Atletico" Falkaonun beş qol vurduğu oyunda "Deportivo"nu biabır edib. "Betis"in qonağı olan "Barcelona" da Messinin dublu ilə 3 xala sevinib.
Nəhayət, turun qapanış matçında "Rayo Vallecano" "Zaragoza" ilə qarşılaşıb. Qonaqlar iki cavabsız qolla qalib gəliblər.

İspaniya La Liqası
15-ci tur

7 dekabr

Espanyol - Sevilla - 2:2
Qollar: Verdu, 13-pen, Simao, 60 - Rakitiç, 24, Neqredo, 90.

8 dekabr

Real Sociedad - Getafe - 1:1
Qollar: Martines, 90 - Lafita, 86.

Malaga - Granada - 4:0
Qollar: Xoakin, 27, Saviola, 33, Kamaço, 75, Kruz, 86.

Valladolid - Real - 2:3
Qollar: Manuço, 7; 22 - Benzema, 12, M.Özil, 45; 72.

Osasuna - Valencia - 0:1
Qol: Soldado, 56.

9 dekabr

Levante - Mallorca - 4:0
Qollar: Martins, 43, Navarro, 49, Qarsiya, 55, İborra, 58.

Athletic - Celta - 1:0
Qol: Aduris, 33.

Atletico - Deportivo - 6:0
Qollar: Kosta, 23, Falkao, 28; 42; 64-pen; 68; 71.

Betis - Barcelona - 1:2
Qollar: Martin, 39 - Messi, 16; 25.

10 dekabr

Rayo Vallecano - Zaragoza - 0:2
Qollar: Zuculini, 21, Apono, 60.

Turnir cədvəli:

1 Barcelona 15 14 1 0 50 17 +33 43
2 Atletico 15 12 1 2 35 13 +22 37
3 Real 15 10 2 3 37 12 +25 32
4 Malaga 15 7 4 4 23 10 +13 25
5 Betis 15 8 1 6 24 26 -2 25
6 Levante 15 7 3 5 20 21 -1 24
7 Getafe 15 7 2 6 18 20 -2 23
8 Valladolid 15 6 3 6 22 18 +4 21
9 Real Sociedad 15 6 3 6 22 19 +3 21
10 Valencia 15 6 3 6 19 23 -4 21
11 Sevilla 15 5 4 6 21 22 -1 19
12 Zaragoza 15 6 1 8 18 23 -5 19
13 Rayo Vallecano 15 6 1 8 18 32 -14 19
14 Athletic 15 5 3 7 20 32 -12 18
15 Celta 15 4 3 8 16 20 -4 15
16 Osasuna 15 3 4 8 12 16 -4 13
17 Mallorca 15 3 4 8 14 27 -13 13
18 Granada 15 3 3 9 11 24 -13 12
19 Espanyol 15 2 5 8 15 24 -9 11
20 Deportivo 15 2 5 8 21 37 -16 11

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31