"Simurq" qələbəni son anda əldən verdi
10 Dekabr 2012 18:12 İdmanBu gün Azərbaycan Premyer Liqasında XVI turun növbəti oyunları keçirilir.
Trend-in məlumatına görə, Zaqatalanın "Simurq" klubu doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Oyunda ilk qol meydan sahiblərindən gəlib. Murad Səttarlı 16-cı dəqiqədə hesabı açıb. 48-ci dəqiqədə "Xəzər Lənkəran"ın heyətində Ruslan Abışov qırmızı vərəqə alaraq meydanı tərk edib.
67-ci dəqiqədə Marçin Burxardt hesabı 2:0-a çatdırıb. 72-ci dəqiqədə Elnur Abdullayev hesab arasındakı fərqi azaldıb (2:1). Oyuna əlavə olunan dəqiqələrdə isə Dmitrios Sialmas lənkəranlıları məğlubiyyətdən xilas edən qola imza atıb (2:2).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31