Ermənistanda zəfər qazanan boksçu ANS-ə danışdı VIDEO
Pərviz Bağırov: "Nə qədər səs-küy salsalar da, istədiklərinə çatmadılar"
10 Dekabr 2012 17:05 İdmanErmənistanda keçirilən"Boks üzrə Gənclərarası Dünya Çempionatında bürünc medal qazanan Pərviz Bağırov turnirlə bağlı təəssüratlarını ANS-lə bölüşüb. Gənc boksçu yarışda hakimlikdən narazı qalıb: "Birinci raund mənim xallarımı vermədilər. Mən qızıl medal uğrunda mübarizəyə getmişdim, lakin hakimlər xallarımı vermədilər, mənə qarşı haqsızlıq oldu. İkinci raundun ortasında mənim əlim çatladı, üçüncü raund döyüşə girə bilmədim. Döyüş vaxtı arenaya girən zaman səs-küy salırdılar. Böyük qürur hiss elədim. Nə qədər səs-küy salsalar da, istədiklərinə çatmadılar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31