Azərbaycan çempionatı: "Xəzər Lənkəran və "Neftçi" üçün çətin sınaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulur

Azerisport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutacaq.
Turun ən prinsipial görüşlərindən biri Zaqatalada baş tutacaq. Burda çempionatın digər liderlərindən biri - "Simurq" "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək.
Nəhayət, turun qapanış matçında "Neftçi" "Rəvan"la üz-üzə gələcək.

Qeyd edək ki, bu turun "Turan" - "Bakı" matçı təxirə salınıb.

Premyer Liqa
16-cı tur
10 dekabr (bazar ertəsi)

16:00. SİMURQ - XƏZƏR LƏNKƏRAN
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
Zaqatala. Şəhər stadionu.

Oyun başladı

SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 6. Anderson Olivyera, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov, 79. Nenad Stoyanoviç.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.

18:00. NEFTÇİ - RƏVAN
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov.
Bakı. 8-ci kilometr stadionu.

Turun digər oyunları: Qarabağ - Kəpəz - 3:1, Sumqayıt - Qəbələ - 0:1, İnter - AZAL - 0:0.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31