Reytinq cədvəli cüdoçularımız üçün uğurlu olub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahını Azərbaycan millisinin üzvləri üçün uğurlu saymaq olar. Cüdoçumuz Elnur Məmmədli (81 kq) 1 pillə irəliləməklə yenidən ilk üçlüyə daxil olub.
Olimpiya çempionumuz kimi İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq) və Ramilə Yusubova da (63 kq) rəqiblərinin geriləməsi səbəbindən müvafiq olaraq 7-ci, 17-ci və 19-cü yerə yüksəlib.
Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımovun (100 kq) mövqeyində dəyişiklik olmamışdır. Onlar müvafiq olaraq 19-cu, 28-ci, 12-ci və 22-ci pillədə qərarlaşıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31