Ronaldinyo: "Messinin birinci qolu..."
7 Dekabr 2012 19:35 İdmanBraziliyanın "Atletiko Mineyro" klubunun yarımmüdafiəçisi, bir vaxtlar "Barselona"da da oynayan Ronaldinyo dünyanın ən yaxşı futbolçusu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Braziliya mətbuatına müsahibəsində o deyib ki, Messinin planetin ən güclü oyunçusu sayır.
"Messi dünyada bir nömrədir. Mən onun "Barselona"dakı ilk vaxtlarını xatırlayıram. O, birinci qolu məhz mənim ötürməmdən sonra vurmuşdu. Hazırda onun dünya futbolunda tayı-bərabəri yoxdur", - deyə Ronaldinyo bildirib.
Xatırladaq ki, argentinalı Messi, ispan Andres İnyesta və portuqaliyalı Kriştiano Ronaldo "Qızıl top" mükafatına namizəddirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31