Avrokubokların püşkatmasının vaxtı müəyyənləşdi
7 Dekabr 2012 13:17 İdmanMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin pley-off mərhələlərinin püşkatması dekabrın 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq.
ÇL-in 1/8 final mərhələsinin bütün iştirakçıları:
"Səpələnmişlər": "PSJ" (Fransa), "Şalke" (Almaniya), "Malaqa" (İspaniya), "Borussiya" D (Almaniya), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Mançester Yunayted" (İngiltərə).
"Səpələnməmişlər": "Portu" (Portuqaliya), "Arsenal" (İngiltərə), "Milan" (İtaliya), "Real" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Valensiya" (İspaniya), "Seltik" (Şotlandiya), "Qalatasaray" (Türkiyə).
Avroliqanın 1/16 final mərhələsinin bütün iştirakçıları:
"Səpələnmişlər": "Liverpul" (İngiltərə), "Viktoriya" (Çexiya), "Fənərbağça" (Türkiyə), "Bordo" (Fransa), "Styaua" (Rumıniya), "Dnepr" (Ukrayna), "Genk" (Belçika), "Rubin" (Rusiya), "Lion" (Fransa), "Latsio" (İtaliya), "Metallist" (Ukrayna), "Hannover" (Amaniya), "Çelsi" (İngiltərə), ÇFR (Rumıniya), "Olimpiakos" (Yunanıstan), "Benfika" (Portuqaliya).
"Səpələnməmişlər": "Anji" (Rusiya), "Atletiko" (İspaniya), "Borussiya" M (Almaniya), "Nyukasl" (İngiltərə), "Ştutqart" (Almaniya), "Napoli" (İtaliya), "Bazel" (İsveçrə), "İnter" (İtaliya), "Sparta" (Çexiya), "Tottenhem" (İngiltərə), "Bayer" (Almaniya), "Levante" (İspaniya), "Zenit" (Rusiya), BATE (Belarus), "Dinamo" K (Ukrayna), "Ayaks" (Hollandiya).