Mario Balotelli ata oldu

İtaliya millisinin və "Mançester Siti"nin hücumçusu Mario Balotelli ata olub.  Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçunun keçmiş sevgilisi, model Rafaella Fiko qız uşağı doğub. Super Mario isə atalığını etiraf etməyə tələsmir. Yaxın günlərdə Balotellinin keçmiş sevgilisi və qızını ziyarət edəcəyi gözlənilir. Fiko isə qızına futbolçunun yox, özünün soyadını verib. Fiko Balotelliyə hamiləliyi ilə bağlı məlumat verəndə onlar ayrılmışdılar. Ayrılmağın təşəbbüskarı isə Mario olmuşdu. Fikonun uşaq doğmasına baxmayaraq, Mario onun yanına qayıtmaq barədə düşünmür. Yeni dünyaya gələn uşağın çəkisi 3,8 kq-dır. Bu barədə Fikonun qardaşı Françesko məlumat verib. Uşaq Neapol şəhərindəki özəl "Clinica Mediterranea" klinikasında doğulub. Onun adını Pia qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31