Arşavin ailəsini atıb?

Futbolçunun şəxsi həyatı ilə bağlı şayiələr yayılıb

İngiltərənin "Arsenal" klubunun üzvü və Rusiya millisinin kapitanı Andrey Arşavin ailəsini atıb. Yayılan məlumatlara görə, futbolçu 32 yaşlı britaniyalı model Leylani Daudinə görə həyat yoldaşı Yuliyadan və 3 azyaşlı uşağından imtina edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, oyunçunun ailəsində əsl böhran yaranıb.
Qeyd edək ki, Andrey-Yuliya cütlüyündə böhran barədə məlumatlar hələ yarım il öncə yayılmağa başlayıb. Mətbuatda yer alan məlumatlara görə, onların münasibətlərinin rəsmi qeydiyyatı olmasa da, Yuliya Andreyin ailəsinə qayıdacağına ümid edir. Bəzi iddialara görə isə cütlük artıq kompromisə gəlib və uşaqları üçün görüşməyə davam edirlər.
İddialarla bağlı rəsmi açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31