Türkiyə milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Əmrə Belözoğluna qarşı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, səbəb təcrübəli yarımmüdafiəçinin ötən mövsüm Superliqa matçında "Trabzonspor"un oyunçusu Didye Zokoranı irqçi ifadələrlə təhqir etməsi olub.
Dövlət ittihamçısı Əmrəyə 6 aydan 2 ilədək həbs cəzası verilməsini istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31