AFFA "Xəzər Lənkəran"ın qapıçısını qismən əfv etdi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda "Xəzər Lənkəran" FK-nın müraciətinə baxılıb.
Müzakirələrdən sonra AFFA İntizam Komitəsinin "Xəzər-Lənkəran" FK-nın qapıçısı Kamal Bayramov barədə qərarı qismən dəyişdirilib. Qapıçı Kamal Bayramov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub.

6 aylıq sınaq müddəti ərzində Kamal Bayramov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31