Şarapovanın qısqandığı gözəl
5 Dekabr 2012 12:28 İdmanTenis dünyasının iki istedadlı ulduzu slovakiyalı Daniela Xantuxova və rusiyalı Mariya Şarapova təkcə oyunları ilə deyil, gözəllikləri ilə də rəqabət aparır.
"Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı slovakiyalı tennisçi Daniela Xantuxova ESPN jurnalının "Body Issue" layihəsi üçün verdiyi çılpaq pozlar rusiyalı tenisçi Mariya Şarapovanı narahat edib.
Həmişə dünya mediasında gözəlliyi ilə diqqət çəkən Şarapova həmkarının fotolarına belə münasibət bildirib: "Mıəndən gözəl olduğunu bilmirəm. Bu seçimi sizə buraxıram. Amma məndən cəsarətli olduğuna əminəm".
Bu açıqlamadan sonra isə maqazin mediası xəbəri Mariya "qısqanclığa başladı" başlığı ilə yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31