"Yuventus" niyə "yaşmaqlanıb"?
4 Dekabr 2012 18:46 İdmanÇempionlar Liqasının 6-cı turunda Ukraynanın Donetsk şəhərində yerli "Şaxtyor"la qarşılaşacaq "Yuventus" şəhərə öz mühafizəsi ilə gəlib. Milli.Az A Bola-ya istinadən bildirir ki, "qoca sinyora"nı 10 jurnalistlə yanaşı, 2 polis və 6 mühafizəçi müşayiət edir.
Onlar futbolçuların yerli sakinlərlə mümkün qədər az təmasda olmasına nəzarət edəcəklər.
Yerli hava limanında "Yuventus"un futbolçuları "sürət rekordu" vurublar. Onlar hava limanının qapılarından avtobusa qədər olan məsafəni cəmi 120 saniyəyə qət ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31