Mourinyoya əvəz tapıldı
4 Dekabr 2012 19:45 İdmanİspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyoya, deyəsən, əvəz tapılıb.Milli.Az Marca-ya istinadən bildirir ki, "kral klubu" artıq potensial namizədlərlə danışıqlara başlamaq niyyətindədir.Həmin namizədlər isə Almaniya yığmasının baş məşçqisi Yoahim Löv və Fransanın "Pari Sen-Jermen" klubunun baş məşqçisi Karlo Ançelottidir."Real"ın prezidenti Florentino Peres klubun baş məşqçisi postunda Ançelottini görmək istəyir.
"Baş məşqçi ulduz futbolçularla davranmağı bilməli, Avropanın ən məşhur liqalarından biri və Çempionlar Liqasında mübarizə təcrübəsinə malik olmalı, böyük təzyiq altında işləməli və kütləvi informasiya vasitələri ilə savaşmamalıdır", - Peres deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31