Tanınmış qapıçı narkotacir çıxdı
4 Dekabr 2012 14:39 İdmanRusiyanın "Tom" futbol klubunun qapıçısı, 29 yaşlı şotland Harri O'Konnor Edinburqda həbs olunub. Milli.Az A Bola-ya istinadən bildirir ki, tanınmış qapıçı narkoticarətdə şübhəli bilinir.
Harri dekabrın 2-də, Edinburqda Şotlandiya Kuboku çərçivəsində oynanan "Harbernian"-"Harts" matçından sonra tutulub.
Harri O'Konnorla bağlı istintaq başlanıb. Onun məhkəməsinin nə zaman başlanacağı hələ bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31