Yaxşıların yaxşısı müəyyən ediləcək
4 Dekabr 2012 13:43 İdmanBakı Şəhər Gənclər və İdman Baş İdarəsi 2012-ci ilin yaxşılarını müəyyən edəcək. Baş İdarənin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, bu məqsədlə "Yaxşıların yaxşısı-2012" mükafatının təqdimetmə mərasimi keçiriləcək. Dekabrın 20-də baş tutacaq tədbirdə il ərzində gənclər və idman sahəsində fəallıq göstərmiş şəxslər mükafatlandırılacaq. Mərasimdə millət vəkilləri, müxtəlif idman federasiyalarının rəhbərləri, gənclər təşkilatlarının fəalları iştiak edəcək. Tədbirin sonunda incəsənət ustalarının konsert proqramı təşkil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31