Məhəmməd Əlinin əlcəkləri hərracda 770 min dollara satıldı
O, bu əlcəklərlə Soni Liston və Co Freyzerlə döyüşüb
3 Dekabr 2012 19:08 İdmanKaliforniyada boksçu Məhəmməd Əlinin əlcəkləri hərraca çıxarılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əlcəklərinin hər cütü 385 min dollara satılıb. Hərrac əfsanəvi məşqçi olan Ancelo Dandinin xatirəsinə həsr olunub və iştirakçılara "Məşhur boksçular zalı" adlanan kolleksiya təqdim olunub. Ancelo Dandini öz peşəkar karyerası ərzində 15 dünya çempionu yetişdirib ki, onların arasında təkrarolunmaz Məhəmməd Əli də var.
İslamı qəbul etmiş boksçu 1960-cı ildə Olimpiya çempionu olub. Çempionun əlcəkləri isə hərracda inanılmaz məbləğə satılıb. Hər iki cüt əlcək onların sahibləri olan ABŞ vətəndaşlarına 385 min dollara başa gəlib.
Qeyd edək ki, Məhəmməd Əli birinci cüt əlcəkdə döyüşünü 1964-cü ildə ABŞ-da məşhur boksçu Soni Listona qarşı keçirib. İkinci cüt əlcəkdə isə 1971-ci ildə dünyanın ən məşhur boksçularından olan Co Freyzeri məğlub edib.