Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - FOTO
21 Dekabr 2023 18:00 HadisəTanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə vəfat edib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, 57 yaşlı musiqiçi Bakıda qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı.
M.Nəcəfzadə əməkdar artist İlham Nəcəfovun qardaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
