Azərbaycanda universitetdə yanğın olub
21 Dekabr 2023 13:43 HadisəGəncədə yanğın hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, hadisə Azərbaycan Texnologiya Universitetində qeydə alınıb. Təhsil müəssisəsinin I korpusunun üçüncü mərtəbəsində yanğın başlayıb. Sinif otaqlarından birinin 5 kvadratmetr sahədə döşəməsi yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb olunub. Alov söndürülüb. Binanın digər hissələri yanğından mühafizə edilib. (yenisabah.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31