Binədə 2 qumbara tapılıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib.

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış keçirilib. Baxış zamanı oradan 1 ədəd "Toz 8" markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS" markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31