Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın baş verib - Bir nəfər təxliyə olunub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin hamam otağında 3 m² sahədə hamam əşyaları yanıb.

Olaylar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan və 1 ədəd plastikdən ibarət qapı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31