Azərbaycanda məşhur ticarət mərkəzi bağlandı - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Gəncə-Universam QSC ləğv olunduğunu elan edib.

Olaylar.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin növbədənkənar ümumi yığıncağında qərar qəbul olunub.

Beləliklə, qərarla ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib.

Qeyd edək ki, Gəncə-Universam 1998-ci ildən fəaliyyət göstərirdi. Şirkətin qanuni təmsilçisi İbrahimova Gülpəri Məcid qızıdır. Nizamnamə kapitalı isə 184 862 manat olub.

Ötən ay QSC-nin ləğv olunacağı ilə bağlı məlumatlar yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31