Azərbaycanda dəhşətli qəza: yaralılar var
20 Dekabr 2023 12:17 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb.
Olaylar.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Belə ki, avtomobillərin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Fərəcov Rəşad Müseyib oğlu, 1994-cü il təvəllüdlü Fərzəliyev Cavanşir Çingiz oğlu, 1995-ci il təvəllüdlü Allahverdiyev Orxan Namiq oğlu, 1997-ci il təvəllüdlü Hüseynov Elnur nazim oğlu, 1989-cu il təvəllüdlü Allahyarov Elşən Vidadi oğlu və Hacıqabul sakini, 1997-ci il təvəllüdlü Əliyev Fərid Bəhram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31