Xətaidə çayxanada yanğın olub
19 Dekabr 2023 15:19 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Olaylar.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 m² olan çay evinin mətbəxində 1 ədəd fri aparatı, elektrik sobası, divara quraşdırılan elektrik lövhəsində 2 ədəd qoruyucu açar və giriş-çıxış kabeli 4 p.m yanıb.
Yüksək temperaturdan mətbəxin alçipandan ibarət tavanı 2 m² sahədə qarsalanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31