Dərs üçün yola çıxan uşaqlar məktəbə yox xəstəxanaya aparıldı - VİDEO
19 Dekabr 2023 13:43 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Şagirdlər və müəllim avtobusda dəm qazından zəhərləniblər.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, Saatlı rayonunun Qaranuru kəndində iritutumlu avtobusla dərsə yollanan 8 şagird və müəllimənin halı pisləşib...Onlarda ürəkbulanma və halsızlıq yaranıb. Şagirdlər və müəllimə dərhal rayon xəstəxanasına çatdırılıb.
Zəhərlənən məktəblilərin valideynləri baş vermiş hadisədən xəbər tutan kimi xəstəxanaya gəliblər.
Hadisə ilə bağlı "TƏBİB" də açıqlama verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31