Saatlıda müəllim və 8 şagird dəm qazından zəhərlənib - Vəziyyətləri AÇIQLANDI
18 Dekabr 2023 13:31 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.
Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Qeyd edək ki, Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib. Hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31