Bakıda bıçaqlanma olub: gənc oğlan SAXLANILIB
18 Dekabr 2023 10:27 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda bıçaqlanma olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a verilən xəbərə görə, dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü M.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31