Azərbaycanda dörd tələbə qız dəm qazından ZƏHƏRLƏNDİ

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib.

Olaylar.az xəbər verir ki, hadisə bu gün qeydə alınıb.

Naxçıvanda təhsil alan və kirayədə qalan - 2004-cü il təvəllüdlü, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31