Ermənilər Şuşadakı bu məscidimizi kilsəyə çevirmək istəyiblər - Mamayı məhəlləsindən REPORTAJ

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az xəbər verir ki, AzTV yenidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan reportaj hazırlayıb.

Reportajda Şuşada erməni işğalı zamanı dağılmış tikililərə diqqət yetirilib.

Bildirilib ki, Şuşanın 17 tarixi məhəlləsindən biri olan Mamayı məhəlləsində yerləşən eyniadlı məscid işğal dövründə dağıdıb kilsəyə çevirmək istəyiblər.  

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası davam edir. Mamayı bəyin iki əsrlik mirası da yenidən qurulur. 

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

https://www.youtube.com/watch? v=Nqcap71oKr4 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31