Bakıda avtomobildən 7 min manat oğurlandı
28 Noyabr 2023 11:43 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda maşından oğurluq edilib.
DİN-dən Olaylar.az verilən xəbərə görə, noyabrın 25-nə keçən gecə Maştağa qəsəbəsi ərazisində "Volkswagen" markalı bir avtomobildən 7000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31