Şagirdi döydüyü deyilən idarə müdiri işdən çıxarıldı
28 Noyabr 2023 10:55 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub.
Olaylar.az xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.
Onun ərizəsi qəbul olunub və işdən çıxarılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılmışdı.
Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31