Vətən müharibəsi qazisini “Prius“ vurub ÖLDÜRDÜ - FOTO
19 May 2023 11:42 HadisəBakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol qəzası olub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisidir. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31