1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü
1 May 2023 10:52 HadisəBakının Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu "Volkswagen" markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada - 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub.
Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, vəfat edən 7 yaşlı İbrahim Məmmədov həmin məktəbin 1-ci sinif şagirdi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31