Bakıda bahalı avtomobil qəza törətdi, ölən və yaralanan var
1 May 2023 10:35 HadisəBakıda bahalı avtomobil ağır qəza törədib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.
Sürücü, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "AUDİ A6 minik" markalı avtomobillə Buzovna-Mərdəkan yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun sağ kənarında dayanmış vəziyyətdə olan "Volkswagen Golf minik" markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Piyada A.Kazımov hadisə yerində ölüb, "Volkswagen Golf minik" markalı avtomobilin sürücüsü 14.03.1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanıb.