Şabran və Qubadakı dəhşətli yanğında heyvanlar da tələf olur - 10 kənd alovlar içində- FOTOLAR
19 Avqust 2022 14:01 HadisəOlaylar.az Şabran və Qubanın kəndlərini əhatə edən meşə yanğının bu günə olan son vəziyyətinin xülasəsini təqdim edir:
- Meşə yanğını zamanı başlıca olaraq Şabranın Dağ Bilici kəndində 7 ailənin əmlakına ciddi zərər dəyib və 1 ev təmamilə yanıb kül olub. Xeyli ev heyvanı isə tələf olub. Təxminən əlavə olaraq 10 kəndin əkin sahələri alovlar içində qalıb.
- Yanğın hələ də davam edir. Bəzi yerlərdə yanğın lokallaşdırılıb, ancaq bəzi hissələrdə əvvəlcədən söndürülmüş meşəlik ərazilər yenidən alovlanıb. Hazırda Şabranın Çayqışlaq kəndindən Dağ Bilici kəndi istiqamətinə 2 hissədə yanğın yayılmaqda davam edir.
Həmçinin, Qalaaltı kəndinin cənub qərb hissəsində və Çayqışlaq kəndindən şimal istiqamətə yanğının davam etdiyi bildirilir.
Ümumilikdə, 1000 hektardan artıq ərazi yanıb.




Milli.az