Şabrandakı yanğınla bağlı son MƏLUMAT
18 Avqust 2022 11:56 Hadisə"Rayon ərazisindəki yanğınlar nəticəsində 120 hektar ərazi yanıb".
Bununla bağlı Oxu.Az-a Şabran Rayonu İcra Hakimiyyətindən (RİH) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində heyvanların tələf olması ilə bağlı dəqiq məlumat yoxdur:
"Yanan ev görməmişik. Meşə ərazisinə ciddi ziyan dəyməyib. Yanğın lokallaşdırılıb. Lakin közlər qalır, külək onu yenidən alovlandırır. Dəyən zərərlə bağlı məlumat yoxdur", - deyə qurumdan bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31