Bakıda iki avtomobil yanıb
4 Avqust 2022 18:30 HadisəBakı şəhərinin Sabunçu rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan tikinti materialları yanıb.
Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakı şəhərinin Xəzər rayonunda isə "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31