Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub
3 Avqust 2022 13:04 HadisəBu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır.
Olaylar.az-ın məlumatına görə, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub.
O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31