Qusarda qadın 12 yaşlı uşağı avtomobillə vurub ÖLDÜRDÜ
16 İyun 2022 20:26 HadisəQusar şəhərinin Xamətov küçəsində qadın sürücünün idarə etdiyi avtomobil 12 yaşlı uşağın ölümünə səbəb olub.
Olaylar.az xəbər verir ki, Qusar şəhər sakini olan 43 yaşlı Ofelya Asif qızı Sultanova idarə etdiyi "Nissan "markalı avtomobillə 12 yaşlı Ruslan Vasiliyevi vurub.
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
bizimmedia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31