Bakıda Qala divarına "Z" hərfi çəkən şəxs SAXLANILDI
14 İyun 2022 19:11 HadisəBakının Səbail rayonunda kuryoz hadisə baş verib.
Olaylar.az KONKRET.az-a istinadən xəbər verir ki, hadisə iyunun 13-də baş verib.
Belə ki, hüquq-mühafizə orqanlarına "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğundakı Qala divarında Rusiyanın Ukraynadakı "xüsusi əməliyyatı"na dəstəyin rəmzi olan "Z" hərfinin çəkildiyi barədə məlumat daxil olub.
Sözügedən ərazinin 9-cu polis bölməsinin əməkdaşları divara "Z" hərfini çəkən şəxsin kimliyini müəyyən ediblər. Onun Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğu məlum olub.
Polis onu tapıb və barəsində inzibati tənbeh tətbiq etmək üçün polis bölməsinə aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31