Batmış qayıqda ölənlərin sayı 42 nəfərə YÜKSƏLİB

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Noyabrın 30-da Nigeriyanın Kano əyalətində sərnişin gəmisinin batması nəticəsində həyatını itirənlərin sayı 42-yə yüksəlib.

Bu barədə Nigeriyada Kano əyalət polisinin  mətbuat katibi, Abdullahi Kiyava, qayığın Bagwai çayında batması nəticəsində davam edən axtarış-xilasetmə işlərində daha 13 nəfərin cəsədinin tapıldığınnı açıqlayıb.

Kiyava axtarış-xilasetmə işləri zamanı 9 nəfərin xilas edildiyini bildirib.

Kano əyalətində baş verən qayıq qəzasından sonra əyalətdəki çaylarda kommersiya qayıqlarının daşınması müvəqqəti olaraq dayandırılıb.

 Xatırladaq ki, Nigeriyada yağışlı mövsümdə çaylarda vaxtaşırı qayıq qəzaları baş verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31