Partlayıcı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
7 Dekabr 2021 11:20 HadisəYaroslavl vilayətində qanunsuz partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb.
Olaylar.az xəbər verir ki, yeniyetmə kimyəvi maddələr əldə edib və müstəqil şəkildə partlayıcı maddə - aseton triperoksid hazırlayıb, sonradan onu qanunsuz olaraq yaşadığı yerdə - Kamenki kəndində saxlayıb.
Materiallar Rusiya FTX-nin regional idarəsi tərəfindən istintaq orqanlarına təqdim edilib. Rıbinsk vilayətinin 16 yaşlı sakininə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 223.1-ci maddəsi ("Partlayıcı maddələrin qanunsuz istehsalı, saxlanması"), və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ("Odlu silah və döyüş sursatının qanunsuz saxlanması") ilə cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31