Sabiq baş redaktora iki maddə ilə cinayət işi açıldı
7 Dekabr 2021 10:55 HadisəBaş Prokurorluq "Azərbaycan Məktəbi" jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov barədə açıqlama verib. Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, "Azərbaycan Məktəbi" jurnalının sabiq baş redaktoru barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur. Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31