Oğurladığı pulla Bakıda kirayə ev tutdu
6 Dekabr 2021 10:51 HadisəMingəçevir şəhəri Energetiklər qəsəbəsində yerləşən mağazadan ümumi dəyəri 900 manata yaxın siqaret və pul oğurlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundanOlaylar.az-a verilən məlumata görə, mağaza sahibindən Mingəçevir şəhər Polis Şöbəsinə daxil olan müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də üç dəfə eyni əmələ görə məhkumluq həyatı yaşayan şəhər sakini Rüstəm Alırin saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladığı siqaretləri sataraq əyləncəsinə xərclədiyini, pulla isə Bakı şəhərində ev kirayələdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31